"İnter Mayami"ni "Tottenhem"ə dəyişəcək
"İnter Mayami"nin amerikalı futbolçusu Benjamin Kremaski mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" Benjamin üçün "İnter Mayami" klubuna rəsmi təklif göndərib.
London klubu bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm 8 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.