Ruslan Abışov "İnter"ə qələbə qazandırdı
Topaz Premyer Liqasında ilk tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib. Son çempion "Qarabağ" "İnter"in qonağı olub.
Hesabı "köhlən atlar" açsalar da, üstünlüyü qorumaq mümkün olmayıb. Ruslan Abışovun dublu "bankirlər"ə qələbə qazandırıb.
07 avqust 2016
TPL, 1-ci tur
"İnter" - "Qarabağ" - 2:1
QOLLAR: Reynaldo, 10 (0:1); Ruslan Abışov, 70 (1:1); Ruslan Abışov, 74 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim inspektor: Məlik Həsənov
“İnter Arena”