"İnter" "Roma"ya elçi düşüb

"İnter"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan klubu "Roma"nın fransalı futbolçusu Manu Koneni heyətinə qatmaq niyyətindədir.

24 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 40 milyon avrodur. 

Qeyd edək ki, "İnter" yanvar ayında "Roma"ya rəsmi təklif göndərəcək.

Sözü gedən oyunçu bu mövsüm 2 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.