"İnter" Svanadze ilə müqavilə imzaladı

 Bakının “İnter” klubu  baş məşqçi Zaur Svanadze ilə yeni müqavilə imzalayıb. Sportline.az xəbər verir ki, bunu “Report”a açıqlamasında 59 yaşlı gürcüstanlı mütəxəssis bildirib. 

O deyib ki, sözləşmənin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Z.Svanadze məşqçilər korpusunda da heç bir dəyişikliyin olmayacağını söyləyib.

Qeyd edək ki, Z.Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayında başa çatıb.