"İnter" toplanışı məğlubiyyətlə bitirdi

Bakı “İnter”i Türkiyə toplanışını başa çatdırıb. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bankirlər” son yoxlama görüşündə “Kolxeti” ilə qarşılaşıblar.

“İnter” Gürcüstan təmsilçisi ilə oyundan məğlubiyyətlə ayrılıb – 0:1. 

Zaur Svanadzenin yetirmələri bu gün, səhər saatlarında Türkiyəni tərk edərək, Bakıya qayıdacaqlar.

Qeyd edək ki, "İnter" Türkiyədə keçirdiyi digər yoxlama görüşlərində “Kasımpaşa" (2:1), "Elazığspor" (0:0) və "Gənclərbirliyi" (4:0) klubları ilə qarşılaşmışdı.

Banner