"İnter" türk futbolçunu geri göndərdi

Türk futbolçuların İtaliya macərası elə də uğurlu alınmır. Bəzilərində isə hətta başlamamış bitir. Fənərbaxçanın sabiq yarımmüdafiəçisi Caner Erkin kimi. SportLine.az xəbər verir ki, Türkiyə millisinin üzvünə San-Sironun həyəcanını yaşamaq qismət olmayıb. İnter”in yayda heyətinə cəlb etdiyi futbolçu  rəsmi matça çıxmamış Türkiyəyə qayıdıb. 27 yaşlı müdafiəçi “Beşiktaş”la anlaşıb. “Ağ-qaralar” onu 1 milyon avroya transfer etmək şərti ilə birillik icarəyə götürüb. Bu müddətdə Caner özünü göstərə bilsə, gələn yay “Beşiktaş”la 3 illik müqavilə bağlayacaq. Canerin illik məvacibi  1,7 milyon avro olacaq.