"İnter" "Zirə" ilə qarşılaşacaq
Yeni mövsümə hazırlıqlarını Bakıda keçirən "İnter" növbəti yoxlama oyunu keçirəcək.
SportLine.az-ın paytaxt klubunun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Zaur Svanadzenin komandası "Zirə" ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında olacaq qarşılaşma avqustun 5-i saat 19:00-da başlayacaq.