"İnter" "Zirə"yə uduzdu
Növbəti mövsümə hazırlıqlarını davam etdirən "İnter" və "Zirə" Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəlib.
SportLine.az xəbər verir ki, qarşılaşma "qartallar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
“Zirə”nin qollarını Təmkin Xəlilzadə və David Manqa vurub. “İnter”in heyətində isə Mirsahib Abbasov fərqlənib.