"İnter"dən 5 qollu qələbə

"İnter" çempionata darmadağınla başlayıb.

Sportline.az xəbər verir ki, İtaliya A Seriyasının ilk turunda Milan təmsilçisi zəif “Torino”nu 5:0 hesabı ilə darmadağın etdi. Markos Tiram dubla imza atdı, Lautaro Martines fərqləndi, debütant Anj-Yoan Bonni isə ilk matçında qol vurdu. “Qranata” isə böyük problemlərlə üz-üzə qaldı.

"Neradzurri” bu görüşə Hakan Çalhanoğlu və Françesko Pio Espositosuz çıxdı – hər iki oyunçu cəzalı idi.

“Torino” isə ötən həftə İtaliya Kubokunda “Modena” üzərində çətinliklə 1:0 hesablı qələbə qazanmışdı.

Bu matçda isə heç bir şans qazana bilmədi:

İnter 5-0 Torino
Bastoni 18'
Turam 36' 62'
Martinez 52'
Bonni 72'