"İnter"dən tarixi rekord
“İnter” klubundan tarixi rekord — 567 milyon avro gəlir qazanıb.
Sportline.az xəbər verir ki, İtaliyanın “İnter” klubu ötən mövsüm maliyyə baxımından tarixinin ən uğurlu dövrünü geridə qoyub.
Klubun açıqladığı rəsmi hesabatda 2024/25 mövsümü üçün rekord gəlir və mənfəət rəqəmləri yer alıb.
Milan təmsilçisi ötən mövsümü 567 milyon avro gəlirlə başa vurub.