"İnter"in də heyəti bəlli oldu

Bakının "İnter" klubu yeni mövsüm üçün iştirak ərizəsini PFL-ə təqdim edib.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, siyahıda 20 futbolçunun adı yer alıb. Bunlardan 2-i qapıçı, 7-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 3-ü hücumçudur.

Qapıçılar: Şahin Zəkiyev, Orxan Sadıqlı

Müdafiəçilər: Adrian Skarlatake, Sertan Taşqın, İlkin Qırtımov, Zurab Xizanişvili, Denis Silva Kruz, Tərlan Quliyev, Slavk Alxasov

Yarımmüdafiəçilər: Aqşin Quluzadə, Məmməd Quliyev, Samir Zərgərov, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Fuad Bayramov, Mirsahib Abbasov, Nizami Hacıyev

Hücumçular: Qara Qarayev, Rauf Əliyev, Pərdis Fərcad-Azad