“İnter”in gözü argentinalı qapıçının üzərindədir

“Aston Villa”nın argentinalı qapıçısı Emiliano Martinez karyerası İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az “Flashscore” saytına istinadən xəbər verir ki, “İnter” 33 yaşlı kiperi heyətinə qatmaqda israrlıdır.

E.Martinezin dəyəri 16 milyon avrodur.

Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm çıxış etdiyi 12 matçda qapısında 10 top görüb.