“Inter”in müdafiəçisi zədələnib

Françesko Açerbi əzələ zədəsi səbəbindən bu ilin qalan hissəsində meydana çıxmayacaq.

Sportline.az xəbər verir ki, "İnter"in müdafiəçisi Çempionlar Liqasının "Liverpul"la keçirilən qarşılaşmasında (0:1) aldığı zədə ucbatından sıradan çıxıb.

37 yaşlı italyan futbolçu həmin görüşün 31-ci dəqiqəsində zədələndiyi üçün məcburi şəkildə əvəz olunub.