"İnter"in ulduzu tarixə düşdü

A seriyasının 29-cu turunda "Boloniya" ilə matç "İnter"in futbolçusu Romelu Lukaku üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu görüşdə (1:0)  fərqlənməklə yerli çempionatda vurduğu qolların sayını 20-yə çatdırıb. O, ötən mövsümdə də A seriyasında 20 qol həddini aşa bilib (23). Belə nəticə ilə belçikalı oyunçu "İnter"in yerli çempionatda ardıcıl ən az 2 mövsüm 20 qol həddinə çatan 7-ci futbolçusu olub.

Digər oyunçular bunlardır: Cuzeppe Meazza (5 mövsüm), İstkan Nayres (4 mövsüm), Mauro İkardi (2 mövsüm), Kristian Vieri (2 mövsüm), Roberto Boninseqna (2 mövsüm), Amedeo Amadedi (2 sezon).

Qeyd edək ki, Lukaku "İnter"ə 2019-cu ildə "Mançester Yunayted"dən keçib.