"İnter"lə "Feyenord" meydana belə çıxacaq

Bu gecə UEFA Çempionlar Liqasında 1/4 finalçılar müəyyənləşəcək.

Sportline.az xəbər verir ki, “İnter” “Cüzeppe Meatza”da “Feyenoord”la üz-üzə gələcək.

Niderlandda keçirilən oyunda "nerazzuri" 2:0 hesabı ilə qalib gəlmişdi.

“İnter”də itkilərin sayı kifayət qədərdir. Federiko Di Marko, Matteo Darmian, Nikolo Zalevski və Valentin Karboni baş məşqçi Simone İnzaginin sərəncamında olmayacaq.

“Feyenoord”da isə Bart Niyukoop, Kalvin Stenqs, Kris Kevin Nadje, Fakundo Qonzalez, Qernot Trauner, İn Beom Hvanq, Cordan Lotomba, Castin Billov, Kuenten Timber və Ramiz Zerrouki matçın iştirak ərzəsində yer almayıb.

Görüşün ədalət təmsilçisi slovakyalı İvan Kruzliyak olacaq. Oyun Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.