İnyesta gələcək planlarını açıqladı
"Barselona" və İspaniya millisinin əfsanəsi Andres İnyesta gələcək planlarından söz açıb.
Sportline.az xəbər verir ki, bugünlərdə karyerasını bitirən 40 yaşlı İnyesta futbol sahəsini tərk etməyəcəyini deyib.
O, hazırda məşqçilik kurunda oxuduğunu açıqlayıb.
"Futboldan uzaq qala bilmərəm. Növbəti mərhələyə qədəm qoymaq üçün məşqçilik kursu keçirəm. Bu istiqamətdə özümü inkişaf etdirmək niyyətindədyəm", - deyə o, "Mundo Deportivo"ya bildirib.
Qeyd edək ki, İnyesta futbolçu karyerası ərzində 9 dəfə İspaniya La Liqasının, 4 dəfə UEFA Çempionlar Liqasının, bir dəfə dünya, iki dəfə Avropa çempionatının qalibi olub.