İnzagi "Mançester Yunayted"in təklifini qəbul etməyib
"Mançester Yunayted"in rəhbərliyi Simone İnzagini klubun sükanı arxasına gətirmək istəsə də, italiyalı mütəxəsis bu təklifə isti yanaşmayıb.
Sportline.az xəbər verir ki, italiyalı baş məşqçi "Əl-Hilal"da qalmağı üstünlük verib.
Bu haqda jurnalist Nikolo Şıkira məlumat yayıb.
Qeyd edək ki, S.İnzagi ötən ilin yayından etibarən "Əl-Hilal"ı çalışdırır.