İnzaginin çempionluq təəssüratları
İtaliya çempionu "İnter"in baş məşqçisi Simone İnzagi "Skudetto" ilə bağlı təəssüratlarını bölüşüb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis milanlı fanatların buna layiq olduğunu vurğulayıb.
"Bu azarkeşlərin qələbəyə layiq olduqlarını dəfələrlə demişəm. Aprelin 22-dən uğurun sevincini yaşayırıq. "İnter"in milyonlarla azarkeşini küçələrdə gördük. Onlar hədsiz sevinc işindəydilər. 24 il əvvəl futbolçu kimi çempion olmuşam. İndi baş məşqçi kimi həmin hissləri yaşayıram", - deyə İnzagi fikrini bölüşüb.
Qeyd edək ki, "İnter" İtaliya çempionu adını vaxtından əvvəl qazanıb.