İqor Tiao London nəhənginə transfer ola bilər
"Brentford"un forvardı İqor Tiaqo karyerasını "Çelsi"də davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.
"Brentford" bu keçid üçün qarşı tərəfdən 80 milyon avro tələb edir.
Qeyd edək ki, İ.Tiaqo cari mövsüm meydana çıxdığı 37 matçda 25 qol, 1 asistlə yadda qalıb.