İran klubunda koronavirus şoku

İranın "İstiqlal" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

Sportline.az IRNA agentliyinə istinadən xəbər verir ki, 12 nəfərin testi müsbət çıxıb.

Bunlardan 11-inin futbolçu, 1-nin isə komandanın tibb personalı olduğu bildirilib. Virusa yoluxan şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, İran koronavirusa yoluxanların sayına görə dünyada ilk sıralardadır.