İranlı futbolçu Rusiya Premyer Liqasında

İran millisinin yarımmüdafiəçisi Məhəmmədcavad Hüseynecad karyerasını Rusiyada davam etdirəcək.

Sportline.az championat.com-a istinadla xəbər verir ki, o, Mahaçqala "Dinamo"sunun formasını geyinəcək.

21 yaşlı futbolçunun Dağıstan təmsilçisi ilə uzunmüddətli müqavilə imzaladığı bildirilir.

Qeyd edək ki, Hüseynnecad son mövsümdə "Sepahan"la çıxdığı 27 oyunda iki qol, 4 asist müəllifi olub. 

Transfermarkt portalında onun dəyəri 500 min avrodur.