İranlı futzalçı Azərbaycanda tarix yazdı
Futzal üzrə Yüksək Liqada bu gün keçirilən XXIII tur əlamətdar hadisə ilə yadda qalıb. SportLine.az xəbər verir ki, turun ilk oyununda mövsümün 500-cü qolu vurulub.
“Xəmsə” - “Marafon Futsal” duelinin 18-ci dəqiqəsində ikincilərin iranlı legioneri Omid Talebi het-trik edib. Onun üçüncü qolu, həm də Yüksək Liqanın cari mövsümündə vurulmuş yubiley – 500-cü qol olub.