İrina Netrebadan bürünc medal
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
SportLine.az xəbər verir ki, yarışın 4-cü günündə qadınlardan ibarət yığmamızın üç üzvü mübarizəyə qoşulub.
İrina Netreba ilk görüşdə Peru təmsilçisini sıradan çıxarıb. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba 1/4 finalda çinli rəqibinə də aman verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçiylə bacarmayıb. İrina oktyabrın 24-də bürünc medal uğrunda amerikalı rəqiblə güləşib. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba millimizin medal hesabını açıb.