İrlandiya millisinin baş məşqçisi: "Emin Mahmudovun zərbəsi öldürücü idi"

"2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Çoxlu qol epizodları yaratdıq. 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik".

Sportline.az xəbər verir ki, bu fikirləri futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Emin Mahmudovun ilk hissədə vurduğu qol haqqında bunları söyləyib: "Mahmudov cərimə meydançasının kənarından baxımlı qola imza atdı. Onun bu cür zərbələri necə yerinə yetirdiyini daha əvvəl görmüşük. Futbolçunun önünü bağlamalı idik, sadəcə, edə bilmədik. Bu, öldürücü zərbə idi".