İsko: "Betis La Liqada qızıl qazana bilmirsə, qoy Real Madrid bunu etsin"

"Betis"in yarımmüdafiəçisi İsko İspaniya çempionatının qalibi olmağa iddialıların kim olduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, İsko bu mənada "Real"ı fərqləndirib.

“Ançelottinin komandası çempionata güclü başladı, lakin hələ qarşıda çox yol var, ona görə də proqnoz vermək hələ tezdir. “Betis” qızıl qazana bilmirsə, qoy “Real” bunu etsin”, – deyə yarımmüdafiəçi bildirib.