İslam Hərəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib
Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi olub. SportLine.az xəbər verir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin və başqa rəsmi qonaqlar iştirak ediblər.
Qeyd edək ki, yarışa qatılacaq 54 ölkənin 3000-dən artıq atleti 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparacaq. Bu növlərdən ikisində əlil idmançılar da qüvvələrini sınayacaqlar. Bunlar paraatletika və paracüdo yarışlarıdır. İslamiadanın ilk medalları isə açılış mərasiminin ertəsi günü öz sahibini tapacaq. Həmin gün 6 növ üzrə 23 dəst mükafat təqdim olunacaq. Medallar baxımından ən zəngin gün mayın 17-dir. Həmin gün idmançılar 35 dəst medala yiyələnəcəklər.
İslamiada mayın 22-də yekunlaşacaq.