İslam Həmrəyliyi Oyunlarına qatılacaq 50 ölkə
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq 50 ölkənin adı dəqiqləşib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, artıq bu komandaların nümayəndələri bu gün paytaxtımızda işə başlayan şef-de-missionların seminarına qatılıb.
Siyahıda Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bissau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan var. Lakin ölkələrin sayının artması da istisna deyil. İslam Həmrəyliyi İdman Federasiyasından baş katibi Faisal Abdulaziz Al-Nassarin sözlərinə görə, bu rəqəm 57-yə çata bilər.
Qeyd edək ki, yarışa 50 ölkənin qatılması belə, Oyunlar tarixində rekorddu.