İslamiada: Azərbaycan bu ağırlıqqaldıranlarla mübarizə aparacaq
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək ağır atletika üzrə yığma komandamızın heyəti açıqlanıb. Azərbaycan Ağır Atletika Federasiyasından SportLine.az saytına verilən məlumata görə, yarışa 8 qadın və 8 kişi idmançımız qatılacaq.
Ağır atletika üzrə yarışlar mayın 13-17-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.
Heyətdə yer alan atletlər aşağıdakı kimidi:
Qadınlar: Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova, Gülçin Əlizadə (hər ikisi 53 kq), Firuzə İbrahimova (58 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli, Fidan Hüseynzadə (hər ikisi 69 kq), Xumar Məmmədova (+90 kq).
Kişilər: Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə, Kamran İsmayılov (hər ikisi 85 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq), Azər Məmmədli (+105 kq).