İslamiada: Azərbaycan seçməsinin heyəti müəyyənləşdi
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının 3X3 Basketbol yarışlarına qatılacaq Azərbaycan millisinin heyəti bəlli olub. SportLine.az xəbər verir ki, baş məşqçisi Tatyana Slojenitsina ötən il Avropa çempionatında güvəndiyi “dördlüy”ə şans verməyi planlaşdırır. Əgər hansısa zədə olmasa, Dina Ulyanova, Tatyana Deniskina, Abigail Mollenhauer və Marsedes Uolkeri sifariş edəcək.
Qeyd edək ki, millimiz A qrupunda Türkmənistan, Əlcəzair, Mali və Əfqanıstanla oynayacaq. Mayın 18-də start götürəcək yarış 4 gün davam edəcək.