İslamiada: Boks yarışlarında ilk uğursuzluq

IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları davam edir. Sportline.az xəbər verir ki, bu gün  4 boksçumuz rinqə çıxacaq. Əvvəlcə mübarizəyə 49 kq çəki dərəcəsində yarışan Rüfət Hüseynov qatılıb. İranlı boksçuya 1-4 hesabı ilə uduzan Rüfət mübarizəni dayandırıb. 56 kq-da ölkəmizin idman şərəfini Tayfur Əliyev qoruyacaq. Gənc boksçumuzun ilk rəqibi mərakeşli Taoufik Kaçfi olacaq. Tamerlan Abdullayev isə boks millimizin 69 kq çəkidəki təmsilçisidir. O, qətərli Tulasimaraam Tarumalinqam üz-üzə gələcək. 

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə turnirdəki ikinci döyüşünə çıxacaq. İlk döyüşdə  qazaxıstanlı Nurlan Saparbayı üstələyən idmançımız 1/4 finalda Uosri Hafizlə (Misir) üz-üzə gələcək.