Boksçularımız İslamiadanı 7 medalla bitirdi

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları yekunlaşıb. SportLine.az xəbər verir ki, bu gün Azərbaycanı təmsil edən 6 idmançı qızıl medal uğrunda rinqə çıxıb. Onlardan Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov və Cavid Çələbiyev qızıl, Tamerlan Abdullayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov gümüş medala yiyələnib. Tayfur Əliyev isə İslamiadanı "bürünc"lə bitirib.

18 may 2017
Bakı-2017, BOKS
FİNAL

60 kq

Cavid Çələbiyev - Ammar Karbalai (İraq)

69 kq

Tamerlan Abdullayev - Bobo-Usman Baturov (Özbəkistan)

75 kq

Kamran Şahsuvarlı - Tursunbay Kulahmet (Qazaxıstan)

81 kq

Rauf Rəhimov - Arslanbek Açilov (Türkmənistan)

91 kq

Teymur Məmmədov - Burak Akşini (Türkiyə)

+91 kq

Məhəmmədrəsul Məcidov - Manaf Asaad (Suriya)