İslamiada: Daha bir bürünc medal
IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışları davam edir. Sportline.az xəbər verir ki, bu gün çəkisi 63 kq-dək olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəki dərəcəsində Firuzə İbrahimova və Elnarə Abbasova qüvvəsini sınayıb.
Firuzə birdən qaldırma hərəkətində 80 kq, təkanla qaldırmada isə 100 kq-ı ram edib. Toplam 180 kq (80+100) nəticə göstərən atlet5-ci yeri tutub.
Elnarə Abbasova birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırmada isə, 102 kq-ın öhdəsindən gələrək, toplam 184 kq (82+102) nəticə ilə bürünc medala layiq görülüb.