İslamiada: Daha bir qızıl medal

Azərbaycan komandası IV İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını qazanıb.

SportLine.az xəbər verir ki, bu dəfə Olqa Bıkovskaya qadınlar arasında suyatullanmanın 3 metr tramplin növündə hamıdan güclü olub. Türkiyəli Seli Yaprak Keskin və indoneziyalı Linar Beytilyananı geridə qoyan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, komandamızın 68-ci "qızıl"ı olub.