Islamiada: İlk qızıl medal

IV İslam Həmrəyliyi Oyunlarında ilk medal dəsti atıcılıq yarışlarında sahibini tapıb. Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi adını türkiyəli Ömər Akgün qazanıb. O, Bakıdakı İslamiadanın ilk qalibi kimi tarixə düşüb. Azərbaycan komandası da ilk medalını atıcılıqda əldə edib. Ruslan Lunyov kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında 581 xalla qızıl medala sahib çıxıb.