İslamiada: Lunyovdan daha bir qızıl medal
Güllə atıcısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb. Sportline.az xəbər verir ki, snayperimiz 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açmaq üzrə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.
Lunyov-Nəsirovadan ibarət heyət omanlı cütü qabaqlayaraq, 1-ci yeri tutub. Bürünc medala isə İran idmançıları yiyələniblər.
Qeyd edək ki, Ruslan Lunyov bundan öncə 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma, həmçinin standart tapança ilə atəş açma və 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda qızıl medal əldə etmişdi. Nigar Nəsirova isə dünən 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub.