İslamiada: Millimiz finalda

IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların mübarizəsi davam edir. SportLine.az xəbər verir ki, bu gün Azərbaycan seçməsi yarımfinal görüşünə çıxacaq. Rəqib Əlcəzair voleybolçuları olacaq.

Digər matçda isə İran və Türkiyə seçmələri finala vəsiqənin sahibini müəyyənləşdirəcək.


20 may 2017
Bakı-2017, VOLEYBOL
Kişilər, yarımfinal

Azərbaycan – Əlcəzair - 3:1 (28:26, 25:21, 20:25, 25:21)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

 “Bakı Kristal Zal”

İran – Türkiyə - 3:2