Taekvondoçularımızın qazancı: 4 qızıl, 1 gümüş
IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə daha 5 çəkidə Azərbaycan idmançıları qələbə uğrunda yarışırlar.
Radik İsayev, Ayxan Tağızadə, Milad Beiqi Harçeqani və Patimat Abakarova çıxışını qızıl, Fəridə Əzizova isə gümüş medalla yekunlaşdırıb.
17 may 2017
Bakı-2017, TAEKVONDO
Kişilər
68 kq
1/4 FİNAL. Ayxan Tağızadə - Nurmurat Berkeliyev (Türkmənistan)/Ruhulla Nikpa (Əfqanıstan) 28-14
1/2 FİNAL. Ayxan Tağızadə - Səud Almuvalladla (Səudiyyə Ərəbistan)
FİNAL. Ayxan Tağızadə - Seyidhüseyn Ehsanipetrudini (İran) - 9:7
80 kq
1/4 FİNAL. Milad Beiqi Harçeqani - İyaz Əhməd (Pakistan)/Məcid Almabruk (Səudiyyə Ərəbistanı) 21-2
1/2 FİNAL. Milan Beiqi Harçeqani - Əlirza Dərvişpur (İran) - 24:4
FİNAL. Milan Beiqi Harçeqani - Yunus Sarı (Türkiyə) - 9:5
+87 kq
1/4 FİNAL. Radik İsayev - Adil Şah (Pakistan) 34-8
1/2 FİNAL. Radik İsayev - Həmzə Kattanla (İordaniya) - Texniki qələbə
FİNAL. Radik İsatev - Dmitri Şokin (Özbəkistan) - 8:8 (1:0)
Qadınlar
49 kq
1/4 FİNAL. Patimat Abakarova - Cabir (Fələstin)/Yusra Əl-Şükri (Oman) 19-7
1/2 FİNAL. Patimat Abakarova - Südabə Pursadiqi Şalmei - 15:4
FİNAL. Patimat Abakarova - Aynur Yasbergenova (Qazaxıstan) - 14:4
67 kq
1/4 FİNAL. Fəridə Əzizova - Parisa Cavadikuçaksari (İran) 10-4
1/2 FİNAL. Fəridə Əzizova - Nigora Tursunkulova (Özbəkistan) - 3:0
FİNAL. Fəridə Əzizova - Nur Tatar (Türkiyə) - 2:8