Islamiada: Olimpiya çempionumuz qızıl medal şansını itirdi

IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir. 

86 kq çəki dərəcəsində yarışan olimpiya çempionumuz Şərif Şərifov mübarizəyə inamla başlasa da yarımfinal səddini adlaya bilməyib. İlk görüşünə 1/8 final mərhələsində çıxan ikiqat olimpiya mükafatçımızın ilk rəqibi Nazar Cabir Əl Muşattat (İraq) olub. 10:0 hesablı qələbə qazanan idmançımız növbəti görüşdə də çətinlik çəkməyib. O, pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Şərifovun final yolundakı son rəqibi İran güləşçisi Hassan Yazdaniçarati olub. İki Olimpiya çempionunun mübarizəsindən iranlı qalib ayrılıb. Yazdaniçarati ikinci hissənin əvvəllərində hesabı 11:00-a çatdırıb və vaxtından əvvəl qələbə qazanaraq, finala yüksəlib.