İslamiada: Sərbəst güləş komandasının heyəti açıqlandı
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək sərbəst güləş üzrə seçmə komandanın heyəti açıqlanıb. Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışlarda baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq.
Xatırladaq ki, güləş yarışları 17-21 may 2017-ci il tarixdə Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.