İslamiada: Stend atıcılarımız komanda yarışında finala yüksəldi

Azərbaycan millisi “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışlarının finalına çıxıb.

SportLine.az xəbər verir ki, yarışın həlledici mərhələsinədək irəliləyən seçməmizin heyəti Əli Hüseynli və Şəfəq Əmrahovadan ibarətdir.

İslam Həmrəyliyi Oyunlarının çempionu Azərbaycan dueti ilə türkiyəli stend atıcıları Oğuzxan Tuzun və Nihan Gürer cütü arasında final mübarizəsində müəyyənləşəcək.