İslamiadada növbəti medalımız
Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 65 kq-da rəqib qazaxıstanlı Yelena Şaligina olub. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb. Manolova isə "gümüş"lə kifayətlənib.
Qeyd edək ki, Elis Manolova 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.