İslandiyalı futbolçu "Avroviziya"da iştirak edə bilər

İsveçin "Norrköpinq" klubunun şərəfini qoruyan islandiyalı futbolçu Qudmundur Törarinsson "Avroviziya" mahnı musabiqəsində ölkəsini təmsil etmək niyyətindədir. SportLine.az xəbər verir ki, futbolçu artıq ölkəsində keçirilən təsnifat mərhələsinə qatılıb. 6 iştirakçıdan biri olan Q.Törarinsson qalib gələcəyi təqdirdə may ayında Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək yarışda səhnəyə çıxacaq.

Futbolçunun ifa etdiyi "Rənglər" ("Colours") adlı mahnını diqqətinizə çatdırırıq: