İspaniya Bulqarıstanla üz-üzə gələcək

2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, İspaniya millisi "Estadio Munisipal Jose Zorilla" stadionunda Bolqarıstanla üz-üzə gələcək. 

Qırmızı furiyada itkilərin sayı kifayət qədərdir. Lamin Yamal, Dani Olmo, Rodri və Ferran Torres zədədən əziyyət çəkir.

Bolqarıstanın heyətində itki yoxdur.

Qeyd edək ki, İspaniya - Bolqarıstan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Görüşün ədalət təmsilçisi fransalı Villi Delajod olacaq.