İstanbul derbisini bu hakim idarə edəcək
Türkiyə Futbol Federasiyası Superliqanın 28-ci turu çərçivəsində keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçının hakim təyinatlarını açıqlayıb. SportLine.az xəbər verir ki, İstanbul derbisi Fırat Aydunusa tapşırılıb.
Qeyd edək ki, azərbaycanlı futbolsevərlərin də maraqla gözlədiyi qarşılaşma martın 23-də Bakı vaxtı ilə 20:00-da başlayacaq.