İstefaya gedən baş məşqçi komandaya döndü
SSKA-nın baş məşqçisi Viktor Qonçarenko yenidən vəzifəsinə qayıdıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Bu gün o, komandanın bazasında bərpa məşqi keçirib.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis iyunun 20-də Rusiya Premyer Liqasının 23-cü turunda “Zenit”ə ağır məğlubiyyətdən sonra istefa verərək vətəni Belarusa qayıtmışdı. İyunun 24-də isə o, Moskvaya dönərək klub rəhbərliyi ilə danışıqlar aparmışdı.
Xatırladaq ki, Qonçarenko bu ilin mayında SSKA ilə 2020/21 mövsümünün sonuna kimi müqavilə bağlayıb.