İsveç Polşanı qəbul edəcək

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçiriləcək.

QOL.az xəbər verir ki, qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq daha 4 milli komanda məlum olacaq.  İsveç öz meydanında Polşa ilə qarşılaşacaq.

Qrehem Potterin komandasında Erik Smit və İsak Hien zədəlidir. Polşa komandasının isə heyətlə bağlı problemi yoxdur.

İsveç Polşa matçında söz sahibi sloveniyalı Slavko Vinçiç olacaq.