İtaliya A Seriyası belə bərpa olunacaq

Koronavirus pandemiyası səbəbindən, mart ayından etibarən dayandırılan, İtaliya A Seriyasında, mövsümünün bərpasından sonrakı ilk oyunlar bir dəqiqəlik sükutla başlanacaq.
 
Sportline.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, bununla futbol ictimaiyyəti İtaliyada koronavirus pandemiyasından dünyasını dəyişənlərin xatirəsini anacaq.
 
Qeyd edək ki, bu qayda kubok və aşağı liqaların oyunlarında da tətbiq olunacaq.
 
İtaliya A Seriyasının iyunun 20-də bərpa olunacağı gözlənilir.