İtaliya A Seriyasında təqvim açıqlandı

İyunun 20-də bərpa ediləcək İtaliya A Seriyasında, mövsümün qalan hissəsinin təqvimi təsdiqlənib.
 
Sportline.az xəbər verir ki, çempionat iyunun 20-də 25-ci turdan təxirə salınmış oyunlarla bərpa olunacaq. İlk olaraq, Bakı vaxtı ilə saat 21:30-da "Torino" - "Parma" görüşü başlanacaq. Eyni günə daha bir matç təyin olunub. 23:45-də "Verona" "Kalyari" ilə qarşılaşacaq.
 
İyunun 21-də təxirə salınmış digər qarşılaşmalar - "Atalanta" - "Sassuolo", "İnter" - "Sampdoriya" - oynanılacaq. Bütün komandalar oyun saylarını 26-ya çatdırdıqdan sonra növbəti tur başlayacaq.
 
Hələlik, 36-cı tura qədər olan oyun cədvəli açıqlanıb.
 
Qeyd edək ki, 26 turdan sonra aktivində 63 xal olan "Yuventus" turnir cədvəlinə başçılıq edir. İkinci yerdə olan "Latsio" liderdən bir xal geri qalır.
Banner