İtaliya futbolunun ulduzu xəstəxanaya yerləşdirilib

İtaliya futbolunun ən parlaq simalarından olan Alessandro Del Pyero, Los-Ancelesdə xəstəxanaya yerləşdirilib.

Sportline.az xəbər verir ki, bu barədə keçmiş hücumçu öz İnstaqram hesabında məlumat yayıb.

O qeyd edib ki, koronavirusa görə deyil, böyrək daşlarına görə xəstəxanadadır: "İndiyə qədər inana bilmirəm ki, üç santimetrlik kiçik daş necə bu qədər pis ola bilər", - Del Pyero yazıb.