İtaliya klubunda baş məşqçi dəyişikliyi

İtaliyanın “Salernitana” klubunda baş məşqçi dəyişikliyi olub.

Sportline.az xəbər verir ki, A seriyası təmsilçisinin çalışdırıcısı Fabrisio Kastori istefaya göndərilib. Onu Stefano Kolantuono əvəzləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stefano ilə  2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Salernitana” A seriyasında 4 xalla sonuncu sıradadır.